Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun görüşlərinə yekun vurulub. Son oyunda "Araz-Naxçıvan" "Səbail"i qəbul edib. "Liv Bona Dea" arenada keçirilən matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. Bakılıların heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev paytaxt klubunun üstünlüyünü 2 topa çatdırıb. Bu nəticənin ardından Şahin Diniyevin komandası xal ehtiyatını 42-yə çatdırmaqla, altıncı pillədə qərarlaşan "Turan Tovuz"un turnir cədvəlindəki mövqeyinə şərik olub. Naxçıvan klubu isə 32 xalla səkkizinci pillədə qalıb. Qeyd edək ki, turun digər görüşlərində bu nəticələr qeydə alınıb: "Turan Tovuz" - "Sumqayıt" 1:4, "Qarabağ" - "Qəbələ" 2:2, "Zirə" - "Neftçi" 3:1, "Kəpəz" - "Sabah" 1:2. |
|
Xəbər 101 dəfə oxundu. |
|
|