Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib | |
Bu gün veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir. Budəfəki turnirdə kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm şəxsi, həm də qoşa yarışlarda mükafatçıları müəyyənləşdirəcəklər. Çempionatın final görüşləri sabah keçiriləcək. Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. |
|
Xəbər 104 dəfə oxundu. |
|
|