Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək. Günün yeganə matçı Tovuzda keçiriləcək. "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq. Meydan sahibləri 42 xalla altıncı, "gənclik şəhəri" təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb. Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək. |
|
Xəbər 109 dəfə oxundu. |
|
|