17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək | |
17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış aprelin 23-dən 26-dək olacaq. Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda keçiriləcək turnir müvafiq yığmalara seçim xarakteri daşıyır. İlk iki gündə sərbəst, növbəti iki gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Qeyd edək ki, yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər. |
|
Xəbər 124 dəfə oxundu. |
|
|