Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib | |
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ilk finalçı müəyyənləşib. “Azərreyl” yarımfinalda MOİK-i üstələyərək, həlledici görüşdə iştirak hüququna yiyələnib. İlk qarşılaşmada 3:0 hesablı qələbə qazanan “Azərreyl” cavab matçında da eyni nəticəni təkrarlayıb. Setləri 25:12, 25:18 və 25:14 hesablı üstünlüklə tamamlayan komanda çempionluq şansını davam etdirib. Yarımfinalın digər cütündə “Murov Az Terminal” və “Neftçi” komandaları aprelin 18-də üz-üzə gələcəklər. Bu klubların ilk duelində “Murov Az Terminal” 3:0 hesabı ilə qələbə qazanıb. |
|
Xəbər 125 dəfə oxundu. |
|
|