Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar.

15 yaşadək stolüstü tennisçilərdən ibarət millimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında çıxış edib.

Qazaxıstan yığması birinci, Türkiyə ikinci yeri tutub.

Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.

Xəbər 101 dəfə oxundu.