Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq.

Yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma saat 11:30-da başlanacaq.

Digər yarımfinal görüşündə Niderland və Polşa seçmələri görüşəcəklər.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Xəbər 111 dəfə oxundu.