Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
Tailandın Phuket şəhərində keçirilmiş Dünya Kubokunda 3 gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi olub.

Mərasimdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəsmiləri, atletin yaxınları, azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Dadaş Dadaşbəyli turnirdə toplam 388 kq (177+211) nəticə göstərib.

Xəbər 92 dəfə oxundu.