Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək. Günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç 19:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 43 xalla 4-cü, bakılılar isə 45 xalla 2-ci pillədə qərarlaşıb. Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq. |
|
Xəbər 114 dəfə oxundu. |
|
|