Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın 3 bədii gimnastı Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Aprelin 12-14-də baş tutacaq yarışın mükafatları uğrunda Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi münarizə aparacaq.

Gimnastlar Bişkekə məşqçi Valentina Ukleinanın rəhbərliyi altında yollanıblar. Yarışda Azərbaycanı həmçinin hakim qismində Dilbər İbrahimova təmsil edəcək.

Xəbər 91 dəfə oxundu.