Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün İsveçrəni qəbul edəcək | |
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edəcək. Qarşılaşma saat 16:00-da start götürəcək. Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. |
|
Xəbər 111 dəfə oxundu. |
|
|