Premyer Liqa: “Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə edib | |
Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub. Son oyun “Neftçi Arena”da keçirilib. Turnir cədvəlində “qonşu” olan komandalar - “Neftçi” ilə “Sumqayıt” üz-üzə gəliblər. Görüşdə hesabı qonaqlar açıblar. 13-cü dəqiqədə Yuri Matias avtoqol müəllifi olub. “Neftçi”nin cavab qolu özünü 60 dəqiqə gözlədib. Belə ki, 73-cü dəqiqədə kapitan Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yarımmüdafiəçinin penalti zərbəsini qapıçı qaytarsa da, Mahmudov dönən topu ikinci cəhddə qapıdan keçirə bilib. Qarşılaşma 1:1 hesabı ilə də yekunlaşıb. Bununla xallarının sayını 44-ə çatdıran “Neftçi” turnir cədvəlində üçüncü pilləyə düşüb. Dördüncü sıradakı “Sumqayıt”ın hesabında isə 43 xal var. Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:1), “Turan Tovuz” “Sabah”ı (2:0), “Qarabağ” “Səbail”i (4:2), “Zirə” isə “Qəbələ”ni (4:0) məğlub edib. Qeyd edək ki, XXX turun matçları 12-14 apreldə keçiriləcək. |
|
Xəbər 188 dəfə oxundu. |
|
|