Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq. Sonuncu matçda "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 39 xalla beşinci, qonaqlar 32 xalla səkkizinci pillədə qərarlaşıblar. Azərbaycan Premyer Liqası XXVIII tur 18:00. Sumqayıt” – “Araz-Naxçıvan” Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev. Hakim-inspektor: Barış Şimşək. AFFA nümayəndəsi: Elgiz Abasov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Qeyd edək ki, bu turda "Neftçi" "Qəbələ"ni (1:0), "Qarabağ" "Kəpəz"i (6:1), "Zirə" "Sabah"ı (1:0) məğlub edib. "Səbail" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1. |
|
Xəbər 101 dəfə oxundu. |
|
|