Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb | |
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib. Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb. Azərbaycan (U-16) - "Rustavi" 78:55 Azərbaycan (U-16) - "Pachulia Academy" 68:61 Qeyd edək ki, yığma martın 25-də təlim-məşq toplanışını yekunlaşdıraraq Vətənə qayıdacaq. |
|
Xəbər 137 dəfə oxundu. |
|
|