Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
Göygöl Olimpiya İdman Kompleksində həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start verilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə təşkil olunan turnirin ilk günündə 4 oyun keçirilib.

Gəncəni minimal fərqlə (11:10) məğlub edən yerli Göygöl komandası ikinci matçında Qazaxa 8:15 hesabı ilə uduzub.

Mingəçevir isə hər iki qarşılaşmasında qalib gəlib. Adıçəkilən komanda Qazaxı 23:16, Gəncəni isə 17:6 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün növbəti görüşlər keçiriləcək. Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Xəbər 165 dəfə oxundu.