Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər | |
Azərbaycanın cüdo hakimləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışları idarə ediblər. A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və B kateqoriyasına malik Ülvi Əliyev Latviyanın paytaxtı Riqada təşkil edilən böyüklər arasında Avropa Kubokunda fəaliyyət göstəriblər. A kateqoriyalı referi Fariz Hüseynov isə Xorvatiyanın Poreç şəhərində baş tutan yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb. |
|
Xəbər 119 dəfə oxundu. |
|
|