Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar | |
Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən Jaksılık Uşkempirov turnirində iştirak ediblər. 10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 millisinin 10 üzvü fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) çempion olublar. İsmayıl Rzayevlə (82 kq), Əli Quliyev (87 kq) gümüş, Hüseyn Savadov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə ediblər. Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medal olmaqla ümumilikdə 10 medalla başa vurub. |
|
Xəbər 256 dəfə oxundu. |
|
|