Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək | |
Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Komanda bu məqsədlə qardaş ölkəyə yola düşüb. Yığma orada braziliyalı mütəxəssis Joanildo Kosta Juniorun rəhbərliyi altında 14 gün hazırlıq keçəcək. Voleybolçular Türkiyənin U-18 yığması və digər yerli komandalarla yoxlama oyunlarında güclərini sınayacaqlar. |
|
Xəbər 114 dəfə oxundu. |
|
|