Azərbaycan Premyer Liqasında növbəti oyun keçiriləcək | |
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçiriləcək. Günün yeganə matçında “Kəpəz” “Səbail”i qəbul edəcək. Qəbələ şəhər stadionunda reallaşacaq görüş saat 15:00-da start götürəcək. “Kəpəz” hazırda 20 xalla 9-cu, “Səbail” isə 27 xalla beşinci pillədə qərarlaşıb. Turun açılış oyununda “Qarabağ” doğma meydanda “Sabah”la heç-heçə edib – 3:3. XXII tura fevralın 13-də keçiriləcək “Turan Tovuz” - “Qəbələ”, “Zirə” -“Sumqayıt” və “Araz-Naxçıvan” – “Neftçi” qarşılaşmaları ilə yekun vurulacaq. |
|
Xəbər 148 dəfə oxundu. |
|
|