Azərbaycanın 4 yunan-Roma güləşçisi Avropa çempionatında mübarizə başlayır
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürəcək.

Yarışın ilk günündə Azərbaycanın dörd yunan-Roma güləşçisi qüvvəsini sınayacaq.

Rəşad Məmmədov (55 kiloqram) Denis Mihayla (Rumıniya), Murad Məmmədov (63 kiloqram)Brayan Santyaqo (Danimarka) ilə, Sənan Süleymanov (77 kiloqram) Şuay Mamedov (AIN) / İdris İbayev (Almaniya) cütünün qalibi ilə, İslam Abbasov (87 kiloqram) Ramon Betşart (İsveçrə) / Şimon Şimonoviç (Polşa) cütünün güclüsü ilə, Beka Kandelaki (130 kiloqram) isə Konsta Maenpaeae (Finlandiya) ilə güləşəcək.

Qeyd edək ki, Azərbaycan qitə çempionatında 25 güləşçi ilə təmsil olunur. Yarışa fevralın 18-də yekun vurulacaq.

Xəbər 170 dəfə oxundu.