Səlahət Ağayev seçmə mərhələlərdə debüt edib | |
Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev seçmə mərhələlərdə debüt edib. DÇ-2014-ün Şimali İrlandiya ilə seçmə oyununda (1:1) iştirak edən qolkiper yığmanın belə matçlarda oynamış 10-cu qapıçısı olub. Belə ki, Ağayevə qədər 9 qapıçı seçmə mərhələlərdə millimizin şərəfini qoruyub. Bu göstəricidə rekord Dmitri Kramarenkoya məxsusdur – 22 oyun. Ondan başqa Kamran Ağayev, Cahangir Həsənzadə, Aleksandr Jidkov, Fərhad Vəliyev, Elxan Həsənov, Nizami Sadıqov, Hüseyn Məhəmmədov və Kazimir Qudiyev də seçmə oyunlarda oynayıb. |
|
Xəbər 1294 dəfə oxundu. |
|
|