“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb | |
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb. Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv Minsk şəhərində təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb. B qrupunda yer alan “köhlən atlar” bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə Əli Bəşirov açıb. Bu qoldan 4 dəqiqə sonra Ağdam təmsilçisinin qapıçısı Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib. Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi isə “Qarabağ”ın üstünlüyünü iki topa çatdırıb. Qeyd edək ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi komanda qrupdakı digər iki matçını sabah keçirəcək. “Qarabağ” öncə Rusiya “Olimpik”i, ardınca Belarus BATE-si ilə qarşılaşacaq. |
|
Xəbər 90 dəfə oxundu. |
|
|