Bu gün Premyer Liqanın XXI turunda “Sumqayıt” - “Neftçi” və “Qəbələ” - “Zirə” görüşləri keçiriləcək | |
Fevralın 4-də futbol üzrə Azərbaycan çempionatının XXI turu çərçivəsində iki oyun keçiriləcək. Saat 15:00-da “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü Elçin Məsiyev idarə edəcək. “Neftçi” 32 xalla turnir cədvəlində ikinci, “Sumqayıt” isə 31 xalla üçüncü pillədə qərarlaşıb. Saat 17:30-da başlayacaq “Qəbələ” - “Zirə” qarşılaşmasında baş hakim Rəşad Əhmədov olacaq. Oyun Qəbələ şəhər stadionunda baş tutacaq. Çempionatda sonuncu pillədə qərarlaşan “Qəbələ”nin 14 xalı var. “Zirə” isə 30 xalla üçüncüdür. Xatırladaq ki, tur çərçivəsində fevralın 3-də iki oyun keçirilib. Lider “Qarabağ” səfər oyununda “Səbail”i 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 50-yə çatdırıb. “Səbail” isə bu məğlubiyyət nəticəsində yeddinci pilləyə geriləyib. Bu komandanın aktivində 27 xal var. Digər oyunda - “Sabah” - “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir dəfə fərqlənib. “Sabah” 27 xalla beşinci, ondan bir xal geri qalan tovuzlular isə səkkizinci sırada qərarlaşıblar. Premyer Liqanın XXI turuna fevralın 5-də oynanılacaq “Kəpəz” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Kamal Umudlu idarə edəcək. “Araz-Naxçıvan” 27 xalla altıncı, “Kəpəz” isə 17 xalla yeddinci pillədə yer alıb. |
|
Xəbər 138 dəfə oxundu. |
|
|