Azərbaycan Kuboku: “Araz-Naxçıvan” – “Qəbələ” oyununda qalib müəyyənləşməyib
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Günün ilk matçında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib. Görüş qollu heç-heçə ilə başa çatıb – 1:1.

Hesabı 11-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Samuel Tette açıb. Meydan sahiblərindən isə Elvis Maşike 45+1-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Günün son matçında “Neftçi” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın əvvəlki oyunlarında “Zirə” “Səbail”ə 2:1, “Qarabağ” isə “Sabah”a 7:1 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab qarşılaşmaları fevralın 8-9-da oynanılacaq.

Xəbər 194 dəfə oxundu.