Premyer Liqa: “Sabah”ın “quru” oyunlarının sayı 50-yə çatıb
“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci “quru” oyununu keçirib.

Bakı klubu XX turun “Zirə” ilə səfər matçında qapısını toxunulmaz saxlayıb – 1:0.

2018-2019-cu illər mövsümündən Premyer Liqada mübarizə aparan paytaxt təmsilçisi 161-ci qarşılaşmada “100”ü yarılayıb. “Sabah” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan başa vurub.

Bakılılar ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadır.

“Sabah”ın Premyer Liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.

Xəbər 186 dəfə oxundu.