Azərbaycanlı nümayəndələr Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıblar
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıblar.

Avrokubok yarışları beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və AVF-nin beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılovaya həvalə edilib.

E.Zülfüqarov kişilər arasında Çempionlar Liqasının C qrupunda mübarizə aparan “Halkbank Ankara” (Türkiyə) və “Gas Sales Daiko Piacenza” (İtaliya) komandalarının matçını idarə edəcək. Qarşılaşma yanvarın 10-da “TVF Sport Complex Baskent Sports Hall”da keçiriləcək.

İsmayılova da həmin turnirə təyinat alıb. O, eyni gündə B qrupunda baş tutacaq “ACH Volley” (Sloveniya) - “Trentino İtas” (İtaliya) oyununda hakimlərin işinə qiymət verəcək.

Xəbər 193 dəfə oxundu.