EEVZA: Azərbaycan millisi bu gün üçüncü oyuna çıxacaq | |
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxacaq. Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Ukrayna ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya 0:3 hesabı ilə məğlub olub. U-20 yanvarın 6-da Litva, 7-də isə Polşa ilə münasibətləri aydınlaşdıracaq. Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq. |
|
Xəbər 195 dəfə oxundu. |
|
|