Xankəndidə keçirilən “Qarabağ” - MOİK oyunu başlayıb, topa ilk toxunuşu Prezident İlham Əliyev edib
“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

Xəbər 182 dəfə oxundu.