Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Dekabrın 19-da Bakı İdman Sarayında startı veriləcək yarış 3 gün davam edəcək.

Çempionatın açılış mərasimi dekabrın 19-da, saat 16:00-da baş tutacaq. İlk gündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Dekabrın 20-də sərbəst güləş üzrə 86, 92, 97 və 125, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kq-da mübarizə olacaq.

Çempionatın son günündə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ən güclü idmançıların adına aydınlıq gələcək.

Xəbər 154 dəfə oxundu.