Azərbaycan qadın millisi FIFA reytinqində iki pillə irəliləyib
FIFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan yığmasının siyahıdakı mövqeyində dəyişiklik olub. Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv 1305.48 xalla iki pillə irəliləyərək 76-cı sıraya yüksəlib.

Qeyd edək ki, UEFA Millətlər Liqasının C divizionunda Kipr, Monteneqro və Farer adaları birlikdə eyni qrupda mübarizə aparan yığma 5 qələbə və 1 heç-heçə ilə B Liqasına vəsiqə qazanıb.

Xəbər 162 dəfə oxundu.