Azərbaycan millisinin futbolçusu 2023-cü ilin ən yaxşısı adına namizəd olub
Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) 2023-cü ilin ən yaxşı oyunçusu adına namizədlərin ilkin siyahısını açıqlayıb.

"100-lük"də çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvü Sabir Allahquliyev də yer alıb.

Bundan əlavə, 50 ən yaxşı qadın oyunçu və 40 ən yaxşı baş məşqçilərin siyahısı da tərtib edilib. Səsvermə yanvarın 11-dək davam edəcək.

Burada milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin nüfuzlu yarışlarda iştirak etmiş klubların baş məşqçiləri və kapitanları iştirak edə biləcək.

Xəbər 162 dəfə oxundu.