Çempionlar Liqasının qrup mərhələsində 6-cı tura start verilib
UEFA Çempionlar Liqasının qrup mərhələsində 8-ci tura start verilib.

Ilk olaraq B qrupunda iki qarşılaşma keçirilib.

1/8 final mərhələsinə vəsiqəni daha əvvəl təmin edən Niderlandın PSV və İngiltərənin “Arsenal” komandası sonuncu turda bərabərliyə (1:1) razılaşıblar.

Fransada yerli “Lens” klubu İspaniyanın “Sevilya” kollektivini 2:1 hesabı ilə məğlub edib. Nəticədə Fransa təmsilçisi qrupu üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb. Qonaqlar isə avrokuboklarla vidalaşmalı olub.

Çempionlar Liqası

Qrup mərhələsi

VI tur

B qrupu

“Lans” (Fransa) – “Sevilya” (İspaniya) 2:1

PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:1

Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” - 2.

Xəbər 119 dəfə oxundu.