İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib
Futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçirilib.

Turun mərkəzi qarşılaşmasında “Fənərbağça” “Beşiktaş”ın qonağı olub. “Tüpraş” stadionunda reallaşan İstanbul derbisi qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 10-cu dəqiqədə "Fənərbağça"nın hücumçusu Edin Ceko açıb. 24-cü dəqiqədə meydan sahibləri Aleks Oksleyd Çemberleynin penalti qolu ilə tarazlığı bərpa edib. Oyunun 63-cü dəqiqəsində qonaqlar yenidən hesabda önə çıxıblar. Duşan Tadiç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Serbiyalı yarımmüdafiəçi 90+3-cü dəqiqədə isə penaltini boşa verib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə polşalı yarımmüdafiəçi Sebastyan Şimanski qoyub.

Bu qələbədən sonra xallarını 40-a çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. Eyni xala malik "Qalatasaray" ikincidir. Bir oyun az keçirən "Kayserispor" 26 xalla 3-cü, "Beşiktaş" isə eyni xalla dördüncüdür.

Xəbər 151 dəfə oxundu.