Premyer Liqa: “Kəpəz” Qəbələ səfərində, “Zirə” “Araz-Naxçıvan”ı qəbul edir | |
Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda daha iki oyun keçiriləcək. Meydana ilk olaraq “Qəbələ” və “Kəpəz” komandaları çıxacaq. Turnir cədvəlinin autsayderləri sırasında yer alan bölgə təmsilçilərinin mübarizəsi maraqla gözlənilir. “Qırmızı-qaralar” 11 xalla 9-cu, “sarı-göylər” isə 10 xalla sonuncu pillədədir. Günün ikinci qarşılaşmasında isə “Zirə” ilə “Araz-Naxçıvan” üz-üzə gələcək. Ötən tur “Neftçi”yə məğlub olan “qartallar” Naxçıvan klubu ilə matçda xal itirmək niyyətində deyil. Azər Bağırovun yetirmələri isə bu oyunda qalib gələcəyi halda zirəlilərlə xal fərqini 3-ə endirəcək. Hazırda “Zirə” 28 xalla ikinci, “Araz-Naxçıvan” isə 22 xalla beşinci sırada qərarlaşıb. Qeyd edək ki, dünən turun açılış görüşündə “Qarabağ” səfərdə “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib. 9 dekabr (şənbə) 15:00. “Qəbələ” – “Kəpəz” Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Emin Cəfərov Qəbələ şəhər stadionu 17:00. “Zirə” – “Araz-Naxçıvan” Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Zirə İdman Kompleksinin stadionu |
|
Xəbər 112 dəfə oxundu. |
|
|