Güləş üzrə “Təhsil” turnirində ilk günün qalibləri müəyyənləşib
Bu gün yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinə start verilib.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Tədbir bədii hissə ilə davam etdirilib, sonra müxtəlif çəki dərəcələri üzrə medallar uğrunda görüşlər keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, tərəfdaş qurumların rəsmi şəxsləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk yarış günündə U-15 yaş qrupunda sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib:

38 kiloqram

1. Mamir Ulanuli (Qazaxıstan)

2. Amin Məmmədov (Azərbaycan)

3. Əli Ağayev (Azərbaycan), Muxammad Mutiqulla (Qazaxıstan)

44 kiloqram

1. Xəzər Səfərli (Azərbaycan)

2. Məhəmməd Həsənzadə (Azərbaycan)

3. Nihat Məmmədli (Azərbaycan), Əkbər Əsgərov (Azərbaycan)

52 kiloqram

1. Həsən Həsənov (Azərbaycan)

2. Rəşid Nazarov (Azərbaycan)

3. Ayxan Quliyev (Azərbaycan), Məhəmməd Allahyarov (Azərbaycan)

62 kiloqram

1. Ruslan Vəliyev (Azərbaycan)

2. İbrahim Babayev (Azərbaycan)

3. Nahid Piriyev (Azərbaycan), Nadir Asxatuli (Qazaxıstan)

75 kiloqram

1. Nihat Süleymanov (Azərbaycan)

2. İbrahim Qədirli (Azərbaycan)

3. İbrahim Ağakişiyev (Azərbaycan)

Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turniri Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilir. Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə ümumilikdə 500-ə yaxın idmançı mübarizə aparır.

Qeyd edək ki, yeddi gün davam edəcək turnir dekabrın 11-də başa çatacaq.

Xəbər 134 dəfə oxundu.