Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış oyununda “Araz-Naxçıvan" "Səbail"i qəbul edib. “Dalğa Arena”da keçirilən görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı 18-ci dəqiqədə muxtar respublika təmsilçisi açıb. Muhammed Kadiri baxımlı qolla komandasını önə çıxarıb. Qonaqlar 90+3-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Naxçıvanlıların heyətində Numan Kurdiç avtoqol müəllifi olub.

Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlayacaq.

Qeyd edək ki, turun digər matçları dekabrın 3-4-də keçiriləcək.

Xəbər 134 dəfə oxundu.