Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar
Dövlət Sərhəd Xidmətinin (DSX), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar.

“Sərhədçi” İdman Mərkəzində baş tutan tədbirdə qaliblərə medal və kubokları DSX-nin rəis müavinləri Araz Məmmədov və Rəsul Tağıyev, Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede təqdim ediblər.

Yarışın son günündə Azərbaycanın yunan-Roma güləşçiləri 3 medal qazanıblar. Nihad Quluzadə (60 kiloqram) dünya çempionu olub, Laçın Vəliyev (87 kiloqram) ikinci, Qurban Qurbanov (77 kiloqram) isə üçüncü yeri tutub.

Bununla da Azərbaycan güləşçiləri dünya çempionatını 21 medalla başa vurublar.

Xəbər 133 dəfə oxundu.