Azərbaycanın daha iki güləşçisi Bakıdakı dünya çempionatında medal qazanıb
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında çıxışını başa vurub.

Yarışın üçüncü günündə daha iki idmançımız medal qazanıb.

Jalə Əliyeva (57kq) qızıl, Birgül Soltanova (62 kq) bürünc mükafata sahib olub.

Beləliklə, qadınlardan ibarət yığmamız medalların sayını 6-ya çatırıb

Qeyd edək ki, yarışda ötən gün Ruzzana Məmmədova (49 kq) qızıl, Elnurə Məmmədova (52 kq) gümüş, Nərgiz Səmədova (50 kq) bürünc, Gültəkin Şirinova (53 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, turnir dekabrın 3-dək davam edəcək.

Xəbər 123 dəfə oxundu.