Azərbaycan yığması FIFA reytinqində 6 pillə irəliləyib
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ay ilə müqayisədə Azərbaycan yığması 6 pillə irəliləyib. Hazırda baş məşqçisi olmayan millimiz 1174.22 xalla 114-cü pillədə qərarlaşıb.

Son dünya çempionu Argentina 1855,44 xalla reytinq cədvəlinə başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) isə üçüncü yeri tutub. Millinin rəqibi Belçika (1798,46) dördüncü sıraya yüksəldiyi halda, Braziliya (1784,09) beşinci pilləyə düşüb.

Qeyd edək ki, yığma “Avro-2024”ün seçmə mərhələsində F qrupunda 7 xalla 4-cü sıradadır.

Xəbər 154 dəfə oxundu.