“Sumqayıt” – “Zirə” oyununda qapılara top vurulmayıb
Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun sonuncu görüşündə “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər.

“Kapital Bank Arena”da keçirilən qarşılaşmada qapılara top vurulmayıb və komandalar meydandan qolsuz heç-heçə ilə ayrılıblar.

Bununla da Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub.

On dörd turdan sonra Premyer Liqaya 29 xalla “Qarabağ” klubu liderlik edir. “Zirə” 28 xalla ikincidir. Aktivlərində 22 xal olan “Sumqayıt” üçüncü, “Səbail” isə dördüncü pillədə yer alıb. Çempionatda sonrakı yerləri “Araz-Naxçıvan” (21 xal), “Neftçi” (19), “Sabah” (16), “Turan Tovuz” (15), “Qəbələ” (11) və “Kəpəz” (10) tutur.

Xəbər 163 dəfə oxundu.