Azərbaycan Premyer Liqası: “Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə başa çatıb - 1:1
Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun növbəti görüşü keçirilib.

Paytaxtın “Neftçi” komandası “Araz-Naxçıvan”ı qəbul edib. “Neftçi Arena”da keçirilən görüşdə komandalar hərəyə bir dəfə fərqlənib. Oyunda hesabı 41-ci dəqiqədə “Neftçi”nin heyətində Yuri Matias açıb – 1:0. Qonaqlar matçın son dəqiqələrində (90+3) hesabı bərabərləşdirməyə nail olublar. “Araz-Naxçıvan”ın heyətində Orxan Əliyev fərqlənib – 1:1. Görüş bu hesabla da başa çatıb.

Bu oyundan sonra aktivində 21 xal olan “Araz-Naxçıvan” beşinci, “Neftçi” isə 19 xalla altıncı sırada qərarlaşıb.

Xatırladaq ki, çempionatın XIV turunun əvvəlki görüşlərində Qəbələnin eyniadlı komandası doğma meydanda “Turan Tovuz”a 4:0, “Qarabağ” səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. “Səbail” isə “Kəpəz” ilə ev oyununda qolsuz heç-heçə edib. Tura bu gün keçiriləcək “Sumqayıt” – “Zirə” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqasına 29 xalla “Qarabağ” klubu liderlik edir. Bir oyun az keçirən “Zirə” 27 xalla ikinci pillədə yer alıb. “Səbail” 22 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncüdür.

Xəbər 142 dəfə oxundu.