İngiltərə derbisi: Mançesterdə liderlərin dueli
Bu gün İngiltərə Premyer Liqasında XIII tura start veriləcək.

Turun mərkəzi oyunu “Mançester Siti” ilə “Liverpul” arasında keçiriləcək. “Etihad” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Hazırda “şəhərlilər” 28 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir xal az toplayan Mersisayd təmsilçisi isə ikinci pillədə qərarlaşıb.

Günün digər matçlarında “Börnli” “Vest Hem”i, “Luton” “Kristal Pelas”ı, “Nyukals” “Çelsi”ni, “Nottingem Forest” “Brayton”u, “Şeffild Yunayted” “Bornmut”u, “Brentford” isə “Arsenal”ı qəbul edəcək.

Xəbər 140 dəfə oxundu.