Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb | |
“Baku Sportinq” Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb. Elman Sultanovun baş məşqçisi olduğu komanda buna I təsnifat mərhələsində nail olub. Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib. II Liqa təmsilçisi bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub. Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/13 mövsümünün 1/16 final mərhələsinə təsadüf olunmuşdu. “Baku Sportinq”dən 4042 gün əvvəl - 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib. Qeyd edək ki, ümumiyyətlə Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar. |
|
Xəbər 158 dəfə oxundu. |
|
|