Azərbaycan Kuboku: "Lerik", "Göygöl" və "Şahdağ Qusar" II təsnifat mərhələsində
Futbol üzrə Azərbaycan Kubokunda bu gün 2023/2024 mövsümünün I təsnifat mərhələsinə start verilib.

İlk oyun günündə üç oyun keçirilib.

II Liqa təmsilçiləri arasında ilk oyunda “Füzuli” və “Lerik” üz-üzə gəlib. Görüş Lerik təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 58-ci dəqiqədə Rəvan Quluzadə vurub. “Dinamo” isə “Göygöl”ə minimal hesabla uduzaraq kubok uğrunda mübarizəni startda dayandırmalı olub - 1:2.

“Qusar”la “Şahdağ Qusar”ın duelində isə qalib penalti seriyasında müəyyənləşib. Nəticədə “Şahdağ Qusar” qələbəyə sevinib.

Bununla da, "Lerik", "Göygöl" və "Şahdağ Qusar" komandaları II təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 167 dəfə oxundu.