Azərbaycan güləşçiləri II Türk Dövlətləri Universiadasında 6 medal qazanıblar
Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında 6 medal qazanıblar.

Milli üzvləri 2 qızıl, 1 gümüş, 3 bürünc medala yiyələniblər.

Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) Universiadanın qalibi olublar. Fərid Xəlilov (67 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Pərviz Dadaşov (60 kq), Fərid Baxışlı (63 kq) və Davud Məmmədli (77 kq) isə üçüncü yeri tutublar.

Xəbər 285 dəfə oxundu.