Azərbaycanın sərbəst güləşçisi Universiadada qızıl medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında qızıl medal qazanıb.

Idmançı 70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək yarışda Azərbaycan 4 idman növündə 38 idmançı ilə təmsil olunur.

Xəbər 253 dəfə oxundu.