Azərbaycan Premyer Liqası: Bu gün XII turun daha iki oyunu keçiriləcək | |
Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu keçiriləcək. Əvvəlcə son çempion “Qarabağ” komandası “Kəpəz”i qəbul edəcək. Ağdam klubu 20 xalla üçüncü, Gəncə təmsilçisi isə 6 xalla sonuncudur. Günün digər matçında isə “Araz-Naxçıvan” klubu “Sumqayıt”ın qonağı olacaq. “Gənclik şəhəri” təmsilçisi 15 xalla 7-ci, Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası XII tur 16:00. “Qarabağ” – “Kəpəz” Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Anar Şixəliyev. Tofiq Bəhramov adına Respublika stadionu. 18:00. “Sumqayıt” – “Araz-Naxçıvan” Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Emin Cəfərov. “Kapital Bank Arena”. Qeyd edək ki, turun ilk matçında "Səbail" evdə “Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. |
|
Xəbər 241 dəfə oxundu. |
|
|