Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb | |
Azərbaycan Kubokunda 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib. 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq. Cari mövsüm yarışda Premyer Liqa və Birinci divizionunun hərəsindən 10 komanda iştirak edəcək. İkinci divizionundan isə 14 komandanın iştirakı nəzərdə tutulub. İlk olaraq II Liqada yer alan 14 komanda I təsnifat mərhələsində bir-biriləri ilə qarşılaşacaqlar. Qaliblər II raunda mübarizəni davam etdirəcək. Həmin mərhələdə I liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Bunun ardından 1/8 final mərhələsi təşkil olunacaq. Premyer Liqanın digər klubları isə həmin raunddan yarışa qoşulacaqlar. Azərbaycan Kuboku- 2023/2024 I təsnifat mərhələsi 1. “Şəfa” - “Şəmkir” 2. “Göygöl” - “Dinamo” 3. “Sheky City” - “Kür-Araz” 4. “Füzuli” - “Lerik” 5. “Şahdağ Qusar” - “Qusar” 6. “Baku Sportinq” - “Kürmük Qax” 7. “Ağdaş” - “Cəbrayıl” II təsnifat mərhələsi 8. 1-ci cütün qalibi - “Səbail” 9. “Zaqatala” - “Şamaxı” 10. “Turan Tovuz” - 2-ci cütün qalibi 11. “Araz-Saatlı” - “İrəvan” 12. 3-cü cütün qalibi - “Araz-Naxçıvan” 13. “İmişli” - “Mingəçevir” 14. 4-cü cütün qalibi - “Sumqayıt” 15. “Karvan” - “Difai Ağsu” 16. 5-ci cütün qalibi - “Qaradağ Lökbatan” 17. “Kəpəz” - 6-cı cütün qalibi 18. MOİK - 7-ci cütün qalibi 1/8 final 19. 8-ci cütün qalibi - 9-cu cütün qalibi 20. “Zirə” - 10-cu cütün qalibi 21. 11-ci cütün qalibi - 12-ci cütün qalibi 22. 13-cü cütün qalibi - “Qəbələ” 23. 14-cü cütün qalibi - 15-ci cütün qalibi 24. “Neftçi” - 16-cı cütün qalibi 25. 17-ci cütün qalibi - “Sabah” 26. “Qarabağ” - 18-ci cütün qalibi 1/4 final 27. 19-cu cütün qalibi - 20-ci cütün qalibi 28. 21-ci cütün qalibi - 22-ci cütün qalibi 29. 23-cü cütün qalibi - 24-cü cütün qalibi 30. 25-ci cütün qalibi - 26-cı cütün qalibi Yarımfinal 31. 27-ci cütün qalibi - 28-ci cütün qalibi 32. 29-cu cütün qalibi - 30-cu cütün qalibi Final 31-ci cütün qalibi - 32-ci cütün qalibi. |
|
Xəbər 206 dəfə oxundu. |
|
|