Cüdo üzrə Bakı çempionatına start verilib
Cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı start götürüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qadınlar və kişilər arasında yeddi çəkidə 97 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günündə kişilər arasında (60 kiloqram), (73 kiloqram), (90 kiloqram), (+100 kiloqram) qadınlar arasında isə (48 kiloqram), (57 kiloqram) və (70 kiloqram) çəki dərəcələrində qaliblər bəlli olacaq.

Xəbər 170 dəfə oxundu.