Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə üçüncü olub | |
Gürcüstanın paytaxtı Tbilisidə futbol üzrə Beynəlxalq Media Kuboku keçirilib. Məşhur şərhçi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda Azərbaycanın idman jurnalistlərindən ibarət millisi də mübarizə aparıb. Yığma 8 ölkənin yer aldığı turnirin "B" qrupunda Rumıniya, Qazaxıstan və Gürcüstanın ikinci kollektivi ilə üz-üzə gəlib. Komanda 6 xal toplayaraq qrupdan çıxıb. Finalın bir addımlığında rəqib Gürcüstanın əsas yığması olub. Gərgin keçən görüşdə rəqib 3:2 hesabı ilə qalib gəlib. Yekunda komandamız yarışı mükafatçılar sırasında, 3-cü yerdə bitirib. Qeyd edək ki, turnir bir neçə ildir təşkil olunur. İdman jurnalistlərindən ibarət heyət Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri İB-in dəstəyi ilə Beynəlxalq Media Kubokuna qatılıb. |
|
Xəbər 166 dəfə oxundu. |
|
|